Gündəm / İqtisadiyyat / Cəmiyyət
Azərbaycan təbii qazın həcmini artıracaq

Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.
Globalpress.az- ın məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Rosen Xristov deyib.
Xristov əlavə edib ki, gələn il ölkəsi Azərbaycan təbii qazını isə Bolqarıstan-Yunanıstan sistemlərarası qaz kəməri vasitəsilə qəbul edə biləcək.
Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur.
Qeyd edək ki, Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.
Xatırladaq ki, bu il yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında saziş imzalanıb və bu sazişə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz alacaq.
Daha çox xəbər: