Gündəm / Siyasət / Cəmiyyət
Hansı ərazini " anklav" adlandırmaq olar

Bəzi müxalifətçilərin ötən gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri “anklav” adlandırması sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, bəs “anklav” anlayışı nədir? Laçını, ya da Qarabağın istənilən bölgəsini “anklav” adlandırmaq düzgündürmü?
Mövzu ilə bağlı Globalpress.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı“anklav”ın nə olduğu fikrini şərh edir.
[center]

]
“Hətta siyasətlə məşğul olmayan hər kəs bunun nə olduğunu internet üzərindən öyrənə bilər. Anklav – bir dövlətin ərazisində başqa bir dövlətə məxsus olan ərazidir. Bu ərazi dörd yandan başqa ölkənin, yaxud ölkələrin ərazisi ilə sərhəd olur, məxsus olduğu ölkə ilə quru əlaqəsinə malik olmur.
Buna konkret nümunə kimi Qazaxın işğal altındakı kəndlərini, eləcə də Naxçıvanın Kərki kəndini göstərmək olar. Bu kəndlər Ermənistandakı anklavlar hesab olunur. Azərbaycan ərazisində erməni anklavı yoxdur. Ermənistan Gədəbəyin Başkeçid kəndinə iddia edir, halbuki bu ərazi SSRİ dövründə sadəcə ermənilərin kompakt yaşadığı yer olub, amma siyasi və tarixi olaraq Ermənistana məxsus deyil.
Ümumilikdə Laçını, Qarabağı “anklav” adlandırmaq yumşaq desək, texniki yanlışlıqdır. Bunu belə təqdim edən şəxslər ya məsələdən xəbərsizdirlər, ya da burada ölkənin suverenliyinə qarşı manipulyativ oyunlar oynanılır. Halbuki anklavın nə olduğunu anlamaq üçün sadəcə internetdə axtarışa vermək kifayət edir, bu baxımdan Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından dərhal sonra Qarabağın erməni anklavı olmasına dair iddiaların gündəmə gətirilməsi təsadüfi görünmür”.
Daha çox xəbər:

Erməni deputatdan etiraf: "Qarabağ Azərbaycandır"

Qarabağın Bakının nəzarətində olmayan hissəsi Azərbaycana qayıdacaq" - Rusiyalı politoloq

SON DƏQİQƏ!Ermənilər bu ərazini də boşaltdı - Azərbaycana təhvil verilir

Xocavənddə erməni qadın özünü yandırmaqla həyatına qəsd etdi

Bəyanatları ilə yalnız "mövqe " bildirirlər