Gündəm / Siyasət / Dünya
BMT Baş katibi Rusiyanı tənqid edib

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasda deyib ki, Moskvanın Ukraynaya müdaxiləsi “ölkəyə və onun xalqına böyük iztirab və dağıntılar gətirir” və “qlobal böhranı gücləndirir”.
“Böyük güclər arasında gərginlik tarixi zirvədədir. Yanlış macəra və ya səhv hesablamalar nəticəsində yaranan münaqişə riskləri də belədir” deyə Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında xəbərdarlıq edib.
Lavrov çoxtərəflilik və BMT-nin təsis Nizamnaməsi ilə bağlı iclasa sədrlik edib, çünki aprel ayı üçün Rusiya 15 üzvdən ibarət quruma aylıq rotasiya ilə sədrlik edir.
Globalpress.az