Gündəm / Siyasət / Dünya
Hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz

Ali Radanın sədri Ruslan Stefançuk hesab edir ki, ölkədə hərbi vəziyyət hökm sürdüyü üçün bu il Ukraynada parlament seçkilərini təşkil etmək mümkün deyil.
Globalpress.az az- ın məlumatına görə, seçkilərlə bağlı məsələ Ukrayna Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər qanunvericilik aktları ilə tənzimlənir.
Eyni zamanda, "Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunda göstərilir ki, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz, çünki seçkilərdə bütün vətəndaşların iştirakını təmin etmək mümkün deyil.
"Hesab edirəm ki, seçkilər hərbi vəziyyət başa çatdıqdan dərhal sonra keçiriləcək. Əks halda, qanuna dəyişiklik edilməlidir, amma yenə də mən indiki halda Ukraynada yüksək keyfiyyətli, qanuni seçki keçiriləcəyinə və nəticələrinə cəmiyyətin etimad göstərəcəyinə çox şübhə edirəm”, - o deyib.
Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri 2023-cü il oktyabrın 29-da keçirilməlidir.
Daha çox xəbər:

Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ

Qırğızıstanda parlament seçkiləri keçirilir

SON DƏQİQƏ! Azərbaycanda hərbi vəziyyət ləğv olunur

Zelenski: “Ukraynada yaşayan rusiyalılar vətəndaşlıqdan məhrum edilməlidir”

Zelenski: “Ukraynada yaşayan rusiyalılar vətəndaşlıqdan məhrum edilməlidir”