Gündəm / Cəmiyyət
09:14, 20 Nisan 2023
0

79 nəfər ölüb

79 nəfər  ölüb


Yəməndə üsyançı husilərin nəzarəti altında olan Sənada yardım paylanması zamanı izdiham yaranıb.

Globalpress.az xarici mediaya istinadən xəbər verir ki,
izdihamda 79 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Fitr bayramından əvvəl Sənada bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər.

Lakin paylama zamanı izdiham yaşanıb. İzdihamda 79 nəfər həlak olub.

Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb. Bölüşdürməyə görə məsuliyyət daşıyan şəxslər saxlanılarkən, hadisə ilə bağlı istintaq başladılıb.

Yəməndəki vətəndaş müharibəsi səbəbindən ölkənin təxminən 22 milyonluq əhalisinin üçdə ikisi humanitar yardımdan asılı vəziyyətə düşüb.
Digər xəbərlər: