Gündəm / Siyasət / Dünya
Hicaba görə qaydalar sərtləşdirilib

İran polisi son sutkada hicab taxmaq qaydalarına əməl etmədiyi üçün 150-dən çox obyektin fəaliyyətini dayandırıb.
Globalpress.az- ın məlumatına görə , bu barədə İran polisinə istinadən məlumat yayılıb.
Bildirilir ki, polis 137 mağazanı, o cümlədən 18 restoranı bağlamalı olub.
Hüquq-mühafizə orqanları hicab qaydaları ilə bağlı avtomobil sürücülərinə də xəbərdarlıq edib. Sürücülərə bildirilib ki, əgər sərnişin geyim qaydalarını pozarsa, onlarla mesajla xəbərdarlıq göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında avtomobili əlindən alınacaq.
İranın polis rəisi Əhməd-Reza Radan keçən həftə açıqlayıb ki, ölkədə hicab taxmayanlar müşahidə kameraları və üz tanıma texnologiyası kimi "ağıllı" avadanlıqlardan istifadə edilməklə müəyyən ediləcək.
Daha çox xəbər:

“Şagird hicab geyinərək məktəbə gələ bilməz” – Təhsil eksperti mövcud qaydaları şərh etdi

İranda məktəbli qız hökumət qüvvələri tərəfindən öldürüldü

Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

30 gün ərzində ödəməlisiniz - Polisdən sürücülərə XƏBƏRDARLIQ - VİDEO