Gündəm / Siyasət / Dünya
Bütün məhbuslarla beynəlxalq hüquqa uyğun davranılmalıdır

Bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun davranılmalıdır.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan mətbuatına açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
O, Azərbaycan hərbçisinə qarşı qeyri-insani rəftarın əks olunduğu videogörüntüləri “çox təəssüfləndirici” adlandırıb.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Daha çox xəbər:

Britaniya da ABŞ- dan sonra Azərbaycan əsgərinə qarşı zorakılığı qınadı

XİN Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb

Beynəlxalq təşkilatlara müraciət olundu

Azərbaycan XİN: "Ermənistan təxribatçı əməllərindən əl çəkmir

Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib