Gündəm / Siyasət / Dünya
17:21, 21 Şubat 2023
0

Blinken Afinada Azərbaycan qazının əhəmiyyətindən .....

Blinken Afinada  Azərbaycan  qazının əhəmiyyətindən .....


ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Azərbaycan qazı sayəsində Bolqarıstan gələn ildən Rusiyadan asılı olmayacaq.

Globalpress.az- ın məlumatına görə, Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Afinada keçirdiyi birgə mətbuat konfransında Blinken xüsusilə bunları deyib:

“Yunanıstan mənbələri şaxələndirməyə və Rusiya qazından asılılığı azaltmağa kömək etməklə NATO-ya enerji təhlükəsizliyini gücləndirməyə kömək edir.

Məsələn, Bolqarıstan 90 faiz Rusiyadan gələn təbii qazdan asılı idi. Yeni tikilən Yunanıstan-Bolqarıstan qaz kəməri sayəsində Bolqarıstan gələn il Azərbaycan və ABŞ-dan tədarüklər hesabına qaza olan tələbatını, demək olar ki, 100 faiz ödəyəcək”
Digər xəbərlər: