Gündəm / Siyasət / Dünya
21:56, 12 Nisan 2023
0

Tərəflər Rusiyada görüşəcək

Tərəflər  Rusiyada  görüşəcək

İrəvan və Bakı müntəzəm olaraq ikitərəfli danışıqların aparılması təklifini qəbul ediblər.

Globalpress.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. M.Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası bu ölkələr arasında sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan və Ermənistana yardım göstərmək üçün səylərini davam etdrir.


“Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifimizi qəbul etdilər. Bütün bunlar nəhayət razılaşdırıldıqdan sonra tarixləri və konkret tədbirləri açıqlayacağıq” – Rusiya diplomatı bildirib.

Qeyd edək ki, Avropa İttifaqı növbəti görüşə evsahibliyi etmək üçün təşəbbüs göstərir.
Digər xəbərlər: