Gündəm / Cəmiyyət / Sosial
18:38, 12 Nisan 2023
0

Su qıtlığının qarşısı alınacaqmı?

[center]Su qıtlığının  qarşısı alınacaqmı?[/cente

Su qıtlığının qarşısı necə alınacaq? (ŞƏRH)

"Dəniz suyunun duzsuzlaşdırılması ondan içməli və suvarma suyu kimi istifadə edilməsinə şərait yaradır. Bu praktikadan bir çox ölkələrdə istifadə olunur. Təbii ki, bunu ilk tətbiq edən ölkələrdən biri də İsraildir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı sərəncamını şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycan bu istiqamətdə İsrail şirkətləri ilə artıq bir müddətdir müzakirələr aparır:

"Bu gün dünyada ən çiddi problemlərdən biri su qıtlığıdır. Azərbaycanda da su ilə təminat artıq prioritetləşir. Bizim su ehtiyatlarımızın və mənbələrimizin 70 % -dən çoxu ölkədən kənarda formalaşır. Su ilə təminatda təhlükəsizliyin formalaşması çox vacibdir. Xəzər dənizinin də potensialı da çox böyükdür. Xəzər dənizindən də dəniz suyunun duzsuzlaşdırılması və içməli, suvarma suyu üçün istifadəsi mümkündür”.



Vüqar Bayramov bunun vacib bir sənət olduğunu vurğulayıb:

"Nəzərdə tutulan fəaliyyətlər su ilə təminata bir töhvə verəcək. Düşünürəm ki, bu istiqamətdə İsrail təcrübəsindən istifadə edilməsi daha məqsədəuyğundur. Çünki İsrail dəniz suyunu suvarma və içməli suya çevirən ilk ölkələrdən biridir. Azərbaycanla İsrail arasında sıx əməkdaşlıq imkan verəcək ki, Azərbaycanda da dəniz suyunun daha qısa zamanda içməli və suvarma suyuna çevirilməsi mümkün olsun”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. Sərəncamda Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması nəzərdə tutulub
Digər xəbərlər: