Gündəm / Siyasət / Dünya
Ona görə Qərb bizi dəstəkləyəcək

Türkiyə mayın 14-də keçiriləcək seçkilər üçün günləri sayarkən, yunan mediasından maraqlı analiz gəlib.
Globalpress.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyi təqdirdə nələrin baş verə biləcəyinə diqqət çəkilib.
Təhlildə prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlunun yer aldığı "Altılıq Masası"nın Qərb tərəfindən dəstəkləndiyinə eyham vurulub. Bununla belə bildirilib ki, Ərdoğan postunda qaldıqca, Türkiyəyə qarşı Yunanıstana Qərbin dəstəyi hiss olunacaq.
Qərb dövlətləri ilə yanaşı, daha iki ölkənin Yunanıstana dəstək təklif edəcəyinin bildirildiyi təhlildə mövzu ilə bağlı bu fikir yer alıb: "Ərdoğanı ona görə istəyirik ki, orada olduğu müddətdə Qərb bizi dəstəkləyəcək. Təkcə Qərb yox, İsrail və Misir də".
Digər tərəfdən, Yunanıstanın Türkiyə ilə problemlərin həlli üçün böyük səy göstərdiyi iddiası irəli sürülüb.
Yunanıstan Türkiyə ilə gərginliyin artdığı dövrdə ABŞ-la Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişinin əhatə dairəsini genişləndirib. Müqaviləyə əsasən, Yunanıstanda yerləşən ABŞ hərbi bazalarında amerikalı hərbçilərin sayının artırılmasına icazə verilib.
Aralıq dənizində Yunanıstanın gücləndiriləcəyi bildirilən və Fransa ilə də razılaşdırılan müdafiə müqaviləsi yunan parlamentində təsdiqlənib.
"Rafale" döyüş təyyarələri üçün sifariş verən Afina Parisdən 3 ədəd "Balherra" tipli freqatın tədarükünü də təmin edib.
Daha çox xəbər:

ABŞ dövlət katibi Blinken Türkiyə və Yunanıstana mesaj verdi! “Türkiyə və Yunanıstan bizim müttəfiqimizdir”

Ərdoğan beynəlxalq təşkilatları və Qərb dövlətlərini tənqid edib

Ərdoğan beynəlxalq təşkilatları və Qərb dövlətlərini tənqid edib

Türkiyədə tarixi seçki keçırıləcək

Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb