Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
06:46, 10 Nisan 2023
0

Rusiyaya qarşı daha bir sanksiya

Rusiyaya  qarşı  daha  bir sanksiya


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər.

Globalpress.az- ın məlumatına görə, bu barədə Avroap Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç mətbuata açıqlamasında bildirib.


O, qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər baş verə bilər.

Parlamentari bu qənaətə Avropa İttifaqının qərarlarının keçmiş dinamikasını nəzərə alaraq gəlib.

Bununla belə, Almaniya parlamentinin deputatı Qunnar Bek Aİ-nin bu həftə tədbirlər görəcəyini etiraf edib.

Öz növbəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu qeyd edib ki, yeni məhdudiyyətlər daha çox rusiyalı sahibkarlara təsir edəcək.
Digər xəbərlər: