Gündəm / Cəmiyyət / Hadisə / Sosial
19:10, 07 Nisan 2023
0

Su ehtiyatlarımızı belə qoruyuruq!

Su ehtiyatlarımızı belə qoruyuruq!


Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Cənab Prezidentin hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Buna nümunə Su Ehtiyatları Dövlət Agentliyi yaradılmışdır.

Hələlik Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu "Azərsu" ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC öz fəaliyyətlərini davam etdirəcəklər. Su ehtiyatlarından səmərəli istifadə edilməli, itkiyə yol verilməməlidir. Dövlət başçısı İlham Əliyev bunu qarşıya vacib məsələ kimi qoymuşdur. Ancaq sən saydığını say gör aidiyyatı qurumlar nə sayır? Haradasınız , ay "Azərsu"?
Dövlət başçısı İlham Əliyev demişdir: "Vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Bizdə, əgər belə demək mümkünsə su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə də bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalır".
Bəli, bu nəzarətsizliyə əyani sübut olaraq aşağıdakı videonu təqdim edirik. Bu süjet Sabunçu rayonu, Nardaran qəsəbəsi, Lahıc bağları yaşayış massivində çəkilib. Pirşağı istiqamətində yolun sağında dördüncü və beşinci dalanların arasında. Biz suya belə qənaət edirik!

Digər xəbərlər: