Gündəm / Cəmiyyət / Hadisə
Azərbaycanın təcili yardım maşınları Xankəndiyə daxil oldu

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən bir vəziyyət yaşanıb.
Globalpress.az Caliber”-ə istinadən xəbər verir ki, axşam saatlarında Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti zəif olan üç mülki şəxsə tibbi yardım lazım olub.
Azərbaycan tərəfi erməni əsilli vətəndaşlar üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz həmin şəxslərə yerindəcə köməklik göstəriblər.
Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb
Daha çox xəbər:

Təcili yardıma daxil olan müraciətlərin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyi təcili yardım həkimləri axtarır

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO

Təcili yardım maşınının qarşısını kəsən sürücüyə sərt cəza - VİDEO

TƏBİB: Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq