Gündəm / Siyasət / Dünya
Rumıniya Ukrayna və Moldaviyaya vəsait ayıracaq

Rumıniya Ukrayna və Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bu ölkələrə əlavə olaraq, müvafiq qaydada 800 min və 750 min ABŞ dolları verəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku NATO xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.
“İclasın gedişində Ukraynaya 800 min ABŞ dollarından çox, Moldovaya isə 750 min ABŞ dollarından çox vəsait ayırmaqla NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi proqramlarına əlavə töhfə verəcəyimizi elan edəcəyəm”, - o deyib.
B.Auresku nazirlərin görüşündə Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.
“Bu, şərq cinahdakı ölkələrdə, o cümlədən Rumıniyada müttəfiqlərin mövcudluğunu saxlamaq və genişləndirmək deməkdir”, - o əlavə edib.
TASS
Daha çox xəbər:

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Reznikov təcili xahişlə NATO-ya MÜRACİƏT ETDİ

Ərdoğan: "NATO-nun güclənməsi Rusiya və Ukrayna arasında münaqişənin həllinə töhfə verəcək

NATO zirvə görüşünə ev sahibliyi edəcək ölkə məlum oldu

Nazirlər İsveçin NATO - ya üzvlüyünə müzakirə ediblər