Gündəm / Siyasət / Dünya
08:05, 04 Nisan 2023
0

Rusiya Ukraynanı günahlandırır

Rusiya  Ukraynanı  günahlandırır


Rusiya Federasiyasının Milli Antiterror Komitəsi bəyan edib ki, “hərbi müxbir” Vladlen Tatarskiyə qarşı terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb.

Globalpress.az- ın məlumatına görə, bu barədə aprelin 3-də Antiterror Komitəsinin yaydığı açıqlamada bildirilib.

“Müəyyən edilib ki, aprelin 2-də Sankt-Peterburqda tanınmış jurnalist Vladlen Tatarskiyə qarşı törədilmiş terror aktı Ukraynanın xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb. Bunun üçün onlar qondarma Navalnı Anti-Korrupsiya Fondu ilə əməkdaşlıq edən agentləri cəlb ediblər, saxlanılan Trepova Korrupsiya Fondunun fəal dəstəkçilərindən biridir”, - qurumun açıqlamasında qeyd olunub
Digər xəbərlər: