Gündəm / Hadisə / Dünya
Yuxarı Lars yolu bağlandı

Rusiya və Ermənistanı birləşdirən yeganə yol bağlandı
Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.
Globalpress.az xəbər verir ki, bu barədə Gürcüstanın
KİV - ləri məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.
Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.