Gündəm / Cəmiyyət / Hadisə
07:23, 29 Mart 2023
0

Deputatın güllələnməsi ilə bağlı cinayət işi başlanıb

Deputatın  güllələnməsi  ilə bağlı  cinayət  işi başlanıb



Fazil Mustafanın güllələnməsi ilə bağlı cinayət işi başlandı


Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.


Globalpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.
Digər xəbərlər: