Gündəm / Siyasət / Dünya
Hərbi təlimlər başladı

Ermənistan ordusunun bölmələri 3 günlük hərbi təlimlərə başlayıb.
Globalpress.az xəbər verir ki, martın 28-də Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyəti ilə müdafiə naziri Suren Papikyan arasında əməliyyat müşavirəsi başlayıb.
Toplantılarda məruzələrin dinləniləcəyi, habelə mühazirələr oxunması ilə yanaşı bir sıra təlimlərin də keçiriləcəyi bildirilib.
“Regional hərbi-siyasi vəziyyətə və bu kontekstdə silahlı qüvvələrin üzləşdiyi problemlərə toxunan nazir qoşunların döyüş qabiliyyətinin davamlı olaraq artırıldığını, eləcə də cəbhəboyu təchizat və möhkəmləndirmə işlərinin həyata keçirildiyini vurğulayıb.
Nazir Papikyan, həmçinin, bu sahədə başlanmış islahatlara da toxunub.
Daha çox xəbər:

Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb - Müdafiə Nazirliyi

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günüdür

Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi