Gündəm / Cəmiyyət / Sosial
06:49, 28 Mart 2023
0

Bu gündən hava yolu açıqdır

Bu gündən hava yolu açıqdır


Bu gündən bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.

Globalpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov martın 27-də qərar imzalayıb.

Qərara əsasən bu gün saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə verilib.

Qeyd edək ki, Əli Əsədov dünən Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.
Digər xəbərlər: