Gündəm / Siyasət / Dünya
ABŞ hücuma keçdi

ABŞ ordusu dünən gecə saatlarında Suriyanın şərqində hücuma keçib.
Globalpress.az xəbər verir ki, hücum zamanı İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı qrupların istifadə etdiyi obyektlər hədəfə alınıb.
Pentaqondan verilən açıqlamada qeyd olunub ki, bu əməliyyat İranın hücumuna cavab məqsədilə keçirilib.
Qeyd edək ki, cümə axşamı günorta saatlarında İran mənşəli biristiqamətli pilotsuz uçuş aparatı Suriyanın şimal-şərqində Haseke yaxınlığındakı Koalisiya bazasının texniki xidmət obyektinə düşüb.
Nəticədə 1 ABŞ ordu podratçısı ölüb, 1 amerikalı podratçı və 5 ABŞ əsgəri isə yaralanıb.