Gündəm / Hadisə / Dünya
15:03, 23 Mart 2023
0

Türkiyədə bərpa işlərinə başlanılıb

Türkiyədə bərpa işlərinə başlanılıb


Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş Türkiyənin 11 vilayətində 46 min 300 mənzilin tikintisinə başlanıldığını açıqlayıb.

Globalpress.az- ın məlumatına görə,nazir bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

Nazir əmin edib ki, zəlzələdən zərər çəkmiş ölkənin cənub və cənub-şərqində yaşayan sakinlər bir il ərzində mənzillə təmin olunacaqlar.

Onun sözlərinə görə, cümə axşamı, martın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ilk yaşayış binalarının təməlqoyma mərasimi keçiriləcək.

“Sözümüzü veririk - Anadolu yenidən inkişaf edəcək. Sakinlər baharı yenidən dinc və sakit qarşılayacaqlar. Evlər xoşbəxtliklə dolacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 7353-ü təbii fəlakətin episentrində tikiləcək 17902 yaşayış binasının tikintisini nəzərdə tutan irimiqyaslı tikintinin birinci mərhələsi çərçivəsində evlərin təməli qoyulacaq. Kahramanmaraş əyaləti”, - Kurum yazıb.

Fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib.

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib.
Digər xəbərlər: