Gündəm / Cəmiyyət / Hadisə
Oqtay Əliyev avtomobil qəzasında həyatını itirib

Yol-nəqliyyat hadisəsi nəticəsində tanınmış televiziya prodüseri, rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dünyasını dəyişib.
Hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Toyoto Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb. Oqtay Əliyev isə həyatını itirib.