Gündəm / Cəmiyyət / Hadisə
İrandan Azərbaycana narkotik keçirilir

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Globalpress.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Daha çox xəbər:

İrandan Azərbaycana narkotik keçirilir

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlayıb, narkotik aşkarlanıb

İrandan Azərbaycana 2 kq-dan artıq qızıl keçirilməsinin qarşısı alındı