Gündəm / Siyasət / Dünya
Türkiyə buna razı olacaq

Globalpress.az xəbər verir ki, Türkiyənin ticarət naziri Mehmet Muş və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtonda ABŞ Ticarət Palatası və Türkiyə Ticarət Palata və Birjaları Birliyinin (TOBB) birgə təşkil etdiyi Türkiyə-ABŞ biznes forumunda iştirak ediblər.
Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ Konqresinin bəzi üzvləri ilə əhəmiyyətli təmaslarda olub.
“Ciner” Media Qrupunun ABŞ-dakı nümayəndəsi Əli Çinar bildirib ki, görüşlər zamanı zəlzələ qurbanlarına yardımdan tutmuş “Taxıl dəhlizi” sazişinin uzadılmasında Türkiyənin roluna, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarından tutmuş, İsveç və Finlandiyanın NATO-ya qoşulmasınadək bir çox qlobal və regional məsələlər müzakirə olunub.
“Ən mühüm nəticə Finlandiya və İsveçlə bağlı qərar oldu. Prezidentin sözçüsü Kalın, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına yaşıl işıq yandıracağını dedi”, - Çinar bildirib.
Xatırladaq ki, sabah Finlandiya Prezidenti Sauli Niinistö Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Daha çox xəbər:

Kalın: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər olmayacaq"

Türkiyə bu böhranın həllinin tərəfdarıdır - Kalın

Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağı müzakirə etdi

İsveç və Finlandiya Türkiyə ilə razılığa gələ BİLMƏDİ

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik