Gündəm / Cəmiyyət / Sosial
00:38, 16 Mart 2023
0

İcbari Tibbi Sığorta və vətəndaş məmnunluğu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016- cı il tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
İcbari Tibbi Sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək,əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək ,həmin xidmətlərə əhalının əlçatanlığını təmin etmək.
Hər bir peşə sahibi- müəllim, həkim,mühəndis, hərbçi öz işlərində məsuliyyətli olarlarsa, bu sadə vətəndaşın bir sıra problemlərdən və qayğılardan azad olunması deməkdir.
Peşəsindən asılı olmayaraq hər bir vətəndaşımız vətənpərvərlik ruhunda yetişməlidir. Vətənpərvərlik təkcə ön cəbhədə deyil, arxa cəbhədə də özünü göstərməlidir. İstənilən sahədə vətənə,xalqa,vətəndaşa xidmət göstərən vətəndaşımız vətənpərvərdir.
Yaxın vaxtlarda yaxın qohumlardan birinin səhhətin pisləşməsi ilə əlaqədar məlumat aldım, ancaq bu xəstəliyin əməliyyatının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində olmadığını bilirdim.Amma yenə də ümidimi itirmədim və Agentliyə müraciət etdim.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Sevil xanım Əliyeva və Çağrı Mərkəzının aparıcı məsləhətçisi Günel xanım Əliyeva tərəfindən məlumatlandırıldım. Bu xanımlar öz işlərində elə canfəşanlıq göstərirdilər ki, mən nə edəcəyimi bilmirdim, elə bilrdim ki, mən nağıllar dünyasındayam, vətəndaş - məmur ünsiyyəti ən yüksək səviyyədə.
Cənab Prezident məmurları hansısa bir vəzifəyə təyin edəndə, deyir ki, gedin xalqla işləyin. Bu gün bu xanımların timsalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətində mən bunun şahidi oldum. Xanımlar məni lazımi məlumatlarla məlumatlandırdılar və Səhiyyə Nazirliyinin xətti ilə pasiyent uğurlu əməliyyat olundu
Sevil xanım və Günel xanım əsl vətənpərvər,xalqını,millətini sevən,öz işlərində məsuliyyətli, operativ işçilərdir. Mən hər dəfə onlara təşəkkür edəndə, bildirirdilər ki,bu bizim borcumuzdur, təki vətəndaş dövlətdən, Agentlikdən, bizdən razı qalsın, məmnun olsun.
Mən Sevil xanım və Günel xanıma əməliyyat olunan xəstə və yaxın qohumlar adından, öz adımdan dərin təşəkkürümü bildirirəm. Kaş bütün təşkilatlarımızd çalışan işçilərimiz bu xanımlar kimi vətənpərvər olsunlar, xalqını sevsinlər.
Fürsətdən istifadə edib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev cənablarına təşəkkür edirəm və Zaur müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, bu xanımlar hər cür yüksək hörmətə və diqqətə layiqdir.Agentliyin gələcək işlərində uğurlar arzulayıram.

Globalpress.az xəbər portalı
Digər xəbərlər: