Gündəm / Siyasət / Dünya
Bu irqçiliyin ifadəsidir-- BMT rəsmisi

İslamafobiyaya qarşı mübarizə çərçivəsində BMT Baş Assambleyası 15 mart tarixini İslamafobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan edib.
Globalpress.az- ın məlumatına görə, bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos bildirib.
“İslamafobiya termin kimi istifadə olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, bu irqçiliyin ifadəsidir. Bu dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məhfumlar qorunmalıdır. İslamafobiyanın Qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, qorxudur. Bu gün icmaları nəzərə almalıyıq. İslama hörmətlə ayrı-seçkiliyin, dinə qarşı nifrətin aradan qaldırılmasını görmək istəyirik”,- BMT rəsmisi vurğulayıb.
Daha çox xəbər: