Gündəm / Siyasət / Cəmiyyət
17:25, 14 Mart 2023
0

Əhməd İsmayılov ATƏT-in görüşündə iştirak edir

Əhməd İsmayılov ATƏT-in görüşündə iştirak edir


Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən görüşündə iştirak edir.

Görüşün gündəliyinə uyğun olaraq, “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılır.

Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.

Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilib.
Digər xəbərlər: