Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
Müavinət, təqaüd, ünvanlı sosial yardım alanların nəzərinə

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.
Globalpress.az- ın məlumatına görə,Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.
Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.
Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.
Daha çox xəbər:

Pensiyalarla bərabər sosial yardımlar da -Novruz bayramına qədər ödənəcək

Bakı, Sumqayıt və Abşeron üzrə martın pensiyaları ödənilib

Sosial müavinət alanların NƏZƏRİNƏ - Fevralın ödənişləri bu tarixdə ediləcək

İyun ayının pensiyaları ödənilərək tam yekunlaşdırılıb

Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilib