Gündəm / Siyasət / Dünya
Səfirlər bir araya gəliblər

Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla azərbaycanlı həmkarı Muxtar Məmmədov arasında görüş keçirilib.
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar. Görüşdə, xüsusilə Böyük Vətən Müharibəsinin tarixi irsinin qorunması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə edilib”, - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd olunub ki, Viktorov və Məmmədov “iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti” təsdiqləyiblər. Həmçinin, əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
Daha çox xəbər:

Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib - FOTO

Əli Əsədov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü

Ceyhun Bayramov iki səfiri qəbul etdi – FOTO

Ceyhun Bayramov Meksikanın ölkəmizə yeni təyin olunan səfiri ilə görüşüb

Ceyhun Bayramov Rusiya nümayəndəsi ilə görüşüb