Gündəm / Cəmiyyət / Hadisə
DTX məlumat yaydı

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
Globalpress.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilmişdir.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir
Daha çox xəbər:

DTX Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yaydı

Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

Rüşvət alan nazirliyin keçmiş işçisinin cinayət işi məhkəməyə göndərildi

Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ

AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS EDİLDİ - Baş Prokurorluq məlumat yaydı