Gündəm / Cəmiyyət / Sosial
16:21, 10 Mart 2023
0

İçməli suyun tarifinə baxılması təklif olunur

İçməli suyun  tarifinə  baxılması  təklif olunur


Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir.

Globalpress.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır.

“Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar”.

E.Məmmədov bildirib ki, “Azərsu” tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.
Digər xəbərlər: