Gündəm / Cəmiyyət / Sosial
12:25, 10 Mart 2023
0

Azərbaycan və Gürcüstan bu su anbarını birgə istifadə edəcək

Azərbaycan və Gürcüstan bu su anbarını birgə istifadə edəcək


Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb.

Globalpress.az- ın məlumatına görə i, sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb.


Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.
Digər xəbərlər: