Gündəm / Siyasət / Dünya
Kreml Gürcüstana görə narahatdır....

Kreml Gürcüstandakı etirazlarla bağlı narahatlığını bildirib.
Globalpress.az- ın məlumatına görə,Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin Gürcüstandakı etirazlardan narahat olub-olmaması sualını cavablandırıb.
O bildirib ki, Gürcüstandakı etirazlar Moskvanın narahatlığına səbəb olmaya bilməz, Rusiya üçün sərhəd perimetrində sakitliyin olması vacibdir.
“Gürcüstan hələ də bizim üçün qonşu dövlətdir. Baxmayaraq ki, bizim Gürcüstanla belə münasibətlərimiz yoxdur, lakin təbii ki, oradakı vəziyyət bizi narahat etməyə bilməz. Əlbəttə, bizim üçün vacibdir ki, sərhədimizin perimetrində sülh olsun. Burada hazırda vəziyyət arzuolunandır”, – Peskov deyib.
Daha çox xəbər:

Kreml rəsmisi bildirir ki, Rusiyanın Gürcüstandakı hadisələrlə əlaqəsi yoxdur

Türkiyənin Gürcüstandakı səfiri: “Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır”

Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”

Zelenskinin Krım və Donbas təklifinə Kremldən cavab

Quttereş çağırış edib