Gündəm / Siyasət / Cəmiyyət
13:38, 07 Mart 2023
0

İnformasiya mənbəyini açıqlamağa görə cərimələr

İnformasiya  mənbəyini  açıqlamağa görə  cərimələr


İnformasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilir.

Globalpress.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.


Dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Digər xəbərlər: