Gündəm / Hadisə / Dünya
Qazaxıstanda əməliyyat keçirilib, saxlanılanlar var

Qazaxıstanda xüsusi əməliyyat zamanı 40 nəfər saxlanılıb
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.
Globalpress.az xəbər verir ki, TASS agenrliyinin məlumatına görə ,bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər.
Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul müsadirə olunub
Daha çox xəbər:

Qazaxıstanda qəddarlığı ilə seçilən mütəşəkkil bandanın üzvləri saxlanılıb

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Rusiyaya narkotik aparmaq istəyən transmilli cinayətkar dəstənin üzvü saxlanılıb

Qubada silsilə əməliyyat: Saxlanılanlar var - FOTO