Gündəm / Cəmiyyət / Hadisə
Polis müqavimət göstərən narkotacirlərə silah tətbiq etdi: Bir nəfər zərərsizləşdirildi

Polis müqavimət göstərən narkotacirlərə silah tətbiq etdi: Bir nəfər zərərsizləşdirildi
Astarada Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Globalpress.az-- ın məlumatına görə,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər.
Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.
Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.