Gündəm / Cəmiyyət / Mədəniyyət
DOĞUM GÜNÜN MÜBARƏK VƏTƏN OĞLU!

Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Aprel döyüşlərinin və Vətən müharibəsinin hərbi rəhbərlərindən biri, Vətən Müharibəsi Qəhrəmanı (2020). Hikmət Mirzəyev Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.
O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.
Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.
2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
(1 yanvar 1994) — "Azərbaycan Bayrağı" ordeni
— "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
— "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
— "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
(26 iyun 2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(24 iyun 2003) — "İgidliyə görə" medalı[8]
(21 iyun 2007) — "Vətən uğrunda" medalı[9]
(26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(24 iyun 2015) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni
(26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(09 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
(24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
(25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı
(29 dekabr 2020) — "Qubadlının azad olunmasına görə" medalı
(29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı
(29 dekabr 2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı
(24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı


Daha çox xəbər: