Gündəm / Siyasət / Dünya
BMT Ukrayna ilə bağlı məlumat yaydı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fevral hesabatına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü başlayandan bəri dinc əhalinin ölümü ilə bağlı təsdiqlənmiş halların sayı 8101-ə çatıb.
Globalpress.az- ın məlumata görə, azı 13 479 mülki şəxs xəsarət alıb.
Ölənlərin 3584-ü kişi, 2127-si qadın, 256-sı oğlan və 201-i qız, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 31 uşaq və 1902 böyükdür.
“Mülki itkilərin əksəriyyətinə hava hücumları, geniş ərazini əhatə edən partlayıcılar, o cümlədən ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri və raketlər səbəb olub”, - hesabatda deyilir.