Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan üçtərəfli bəyanatın prinsiplərinə sadiqdir

XİN rəhbəri: “Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır”
Siyasət28.02.202314:0734
“Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır”.
Globalpress.az - ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub:
“Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”.
Nazir qeyd edib ki, Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir:
“Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.
Daha çox xəbər:

Azərbaycan XİN rəhbəri: “Üçtərəfli bəyanatların tam icrası mühümdür”

Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Ceyhun Bayramov: "Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırıq"

Ceyhun Bayramov Lavrovla delimitasiyadan danışdı