Gündəm / Siyasət / Cəmiyyət
Zəngilana daha 20 ailə köçürülür

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi başlayıb.
Globalpress.az- ın məlumatına görə, bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür.
Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.
Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.
Daha çox xəbər:

Sakinlər Ağalı kəndinə çatıb - FOTO

Şuşa və Laçında yaşamaq istəyələrin nəzərinə! - Pul veriləcək.

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

29 il sonra Ağalıya qayıdan qadının sevincdən ürəyi partlayıb ÖLDÜ