Siyasət / Cəmiyyət / Sosial
Bakıda kirayə yaşayanların nəzərinə
Bakıda kirayə yaşayanların nəzərinə
Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirəcəklərinə aydınlıq gətirilib.
Globalpress.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Bildirilib ki, həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.
O da qeyd edilib ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Daha çox xəbər:

Bu il elektron sistemlə neçə şagirdin yerdəyişməsi aparılıb? - RƏSMİ

Kirayə mənzillərə müraciətin qəbulu və baxılmasi mərhələli həyata keçiriləcək

BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı

Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 1-dək dayandırıb

Məktəblərdə “8 Mart”la bağlı pul yığılmasına görə valideynlərə çağırış edildi