Hadisə
14:53, 14 Şubat 2020
0

Bakıda ev yanıb

Bakıda ev yanıb
Səbail rayonunda yanğın hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər: