Gündəm / Dünya / Hadisə
20:56, 21 Şubat 2023
0

Türkiyədə zəlzələdə həlak olanların sayı 42 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

Globalpress.az- ın məlumatına görə bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Digər xəbərlər: