Gündəm / Siyasət / Dünya
Ukraynaya döyüş təyyarələrinin verilməsini müzakirə edəcəklər

Slovakiya Hərbi Hava Qüvvələrinin inventarından çıxarılan MiQ-29 qırıcıları respublika Milli Şurasında (parlamentində) müzakirə aparılmadan Ukraynaya verilməyəcək.
Globalpress.az xəbər verir ki, bunu bazar günü Slovakiyanın müdafiə naziri Yaroslav Nad TA3 telekanalının “Siyasətdə” müzakirə proqramında deyib.
“Əgər biz MiQ-lərin Ukraynaya hansı şərtlərlə bağışlanacağına dair qərar qəbul etməkdən danışırıqsa, o zaman bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, - Naddeyib. O qeyd edib ki, məsələ aktuallaşanda ali qanunverici orqana təqdim olunacaq.
Nazir bildirib ki MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar, milli hava qüvvələrinin inventarından çıxarılıb.
Daha çox xəbər:

Ermənistanda 13 MiQ-29 peyda oldu - FOTO

Bu həftə Polşa ABŞ-la “F-35”-lərin alınmasına dair müqavilə imzalayacaq

Zelenski Ərdoğanla Azərbaycan qazının Ukraynaya tədarükünü müzakirə edib

Türkiyə ABŞ-ın tələbi ilə S-400-dən imtina etməyəcək

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi