Gündəm / Siyasət / Dünya
Bakı ilə sülh sazişi mətni üzərində işləyirik - Xandanya

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir.
Globalpress.az- ın məlumatına görə bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib.
O aydınlaşdırıb ki, hər iki tərəf tədricən bir-birinə sülh sazişinin mətni ilə bağlı təkliflər verir:
“Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini verib. Ermənistan bu təkliflər üzərində işləyir və onlar hazır olduqdan sonra bizim təkliflərimiz Azərbaycana göndəriləcək”.
Qeyd edək ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan fevralın 8-də İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirmişdi.
Daha çox xəbər:

Ermənistan TŞ-nın katibi: “Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var”

Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi

Ermənistan XİN Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

XİN rəhbəri: Sülh müqaviləsini imzalamağa hazır idik!