Gündəm / Cəmiyyət / Sosial
Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə yardımlar davam edir
Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir.
Globalpress.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start vermişdi.
“Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə o vurğulayıb.
Daha çox xəbər:

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

“HaberGlobal” Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə yardımları ilə bağlı süjet hazırlayıb

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı

Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı

Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini yekunlaşdırıb - FOTO