Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan sazişi təsdiqlədi
Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanıb.
Fərmanla Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.
Daha çox xəbər:

Qərb buna görə rəsmi Bakının qapısını döyür - "Yeni Şəfəq"

Qərb buna görə rəsmi Bakının qapısını döyür - "Yeni Şəfəq"

Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"

Azərbaycanla Rusiya arasında terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında saziş təsdiqləndi

İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib