Gündəm / Siyasət / Dünya
Blinken İsraildə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə etdi
ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib.
Globalpress.az xəbər verir ki, dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb.
Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
E.Blinken qeyd edib ki, İsrail rəsmiləri ilə Tehranın Moskva ilə güclənən əlaqələrini və onların mübadilə etdikləri müasir silahları, eləcə də Ukraynanın bütün ehtiyaclarının - humanitar, iqtisadi, təhlükəsizlik ehtiyaclarının ödənilməsinin və bu səylərə dəstək verilməsinin vacibliyini müzakirə ediblər.
Daha çox xəbər:

Paşinyan Rusiya və Fransadan sonra ABŞ-a da zəng etdi

“İrana qarşı hərbi əməliyyatlar istisna deyil” – ABŞ dövlət katibi

Nikol Paşinyan Brüssel danışıqları barədə ABŞ-ın dövlət katibini məlumatlandırıb

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi

ABŞ dövlət katibi Blinken: “ABŞ Çinlə soyuq müharibəyə başlamaq niyyətində deyil”