Gündəm / Siyasət / Dünya
İran Prezidenti xüsusi göstəriş verdi
İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.
Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:
“Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
Daha çox xəbər:

DTX Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yaydı

Prezident İlham Əliyevdən Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım

Özbəkistan XİN-dən Azərbaycan səfirliyinə hücumla bağlı - BƏYANAT

Rusiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verdi

ABŞ səfirliyi Tehrandakı hücumla bağlı paylaşım etdi